Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Parlament üzvlərinin sayı 200 və ancaq proporsional yolla? – KİM RAZIDIR?

Parlament üzvlərinin sayı 200 və ancaq proporsional yolla? – KİM RAZIDIR?

“Milli Məclis üzvlərinin sayının artırılıb-artırılmaması və seçkilərin hansı sistemdə keçirilməsinin bizim üçün heç bir fərqi yoxdur ”.

Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclis üzvlərinin sayının 200-ə çatdırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə fikirlərin səslənməsinə münasibət bildirərkən deputat, ASDP sədri Araz Əlizadə deyib.

AXP sədri Pənah Hüseyn isə parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğu qənaətindədir:“Bu istiqamətdə köklü islahatlar və diyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də, Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin, bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi idayası da gündəmdədir.Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək”.

Milli Məclisin deputatı Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: “Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar.Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.

Hakim YAP-dan olan deputat Elman Nəsirov məsələ ilə bağlı hər hansı bir müzakirədə iştirak etmədiyini əsas gətirməklə, mövzuyla bağlı nəsə deyə bilməyəcəyini bildirdi: “Bu fikirlər İlqar Məmmədovun öz düşüncələridir ki, paylaşır. Bununla bağlıhər hansı bir müzakirələrdə iştirak etməmişəm. Ümumiyyətlə, bu barədə ilk dəfə sizdən eşidirəm. Ona görə də suala cavab olaraq əlavə bir şey deyə bilmərəm”.

Qeyd edək ki, Real sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …