Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Parlament məzuniyyətə çıxır – deputatlar ilk tətili necə keçirəcəklər?

Parlament məzuniyyətə çıxır – deputatlar ilk tətili necə keçirəcəklər?

Milli Məclisin yay tətili yaxınlaşır. İyunun ya sonlarında, ya da gələn ayın əvvəllərində deputatların məzuniyyətə çıxacaqları gözlənilir. İlk dəfə bu tətili yaşayacaq parlament üzvlərinin istirahət planları ilə maraqlandıq.

104 saylı Gədəbəy-Tovuz dairəsinin deputatı Arzu Nağıyev: “Bilirsiniz ki, koronavirus səbəbindən xaricə hələ çıxış yoxdur. Bu baxımdan yəqin ki, məzuniyyət vaxtı xaricə getməyəcəyəm. Digər məsələ ondan ibarətdir ki, parlamentdə plenar iclaslar indiki halda demək olar, öz işini bitirib. Lakin iclaslar deputatların müəyyən hissəsinin tələbi ilə keçirilir. Yəqin ki, bu iclaslar bitdikdən sonra məzuniyyət elan olunacaq. Onu da deyim ki, ”Trend” İnformasiya Agentliyində ictimai əsaslarla işləyirəm.

Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı ...

Arzu Nağıyev: “Seçicilərimlə mütəmadi olaraq görüşməyi planlaşdırıram”

Bu səbəbdən tətilə çıxsam belə, “Trend”lə əlaqəm olacaq. Azərbaycanda olacam. Öz seçicilərimlə mütəmadi olaraq görüşməyi planlaşdırıram. Bundan əlavə elə bir planım yoxdur. Tətilə nə zaman çıxacağımızı dəqiq bilmirik. Yəqin ki, gündəlikdə olan məsələlərin hamısı bitdikdən sonra məzuniyyət başlayacaq. Yaz sessiyasında plana uyğun olaraq gündəliyə salınan hansısa məsələlər varsa, onların hamısı yekunlaşmalıdır. Ondan sonra parlament tətilə getməlidir”.

Razi Nurullayev lider namizəd oldu - Unikal.org

Razi Nurullayev: “Karantin qaydaları icazə versə…”

79 saylı İmişli dairəsindən Milli Məclisə üzv seçilən Razi Nurullayevin də xüsusi bir planı yoxdur: “Hələ bu barədə düşünməmişəm. Ölkədən çıxışa icazə yoxdur. Azərbaycanda olacağam. Novxanıda yaşayıram. Yəqin ki, orada da yaşamaqda davam edəcəyəm. Karantin qaydaları icazə versə, Azərbaycanın bir sıra bölgələrinə gedə bilərəm. Başqa planlarım yoxdur. Hələ ki məzuniyyətin nə zaman veriləcəyi məlum deyil. Növbədənkənar iclasların keçirilməsi üçün iyulun 15-nə qədər müraciət etmişdik. O vaxta qədər Milli Məclisin iclasları ola bilər. Yəqin ki, iyulun 15-dən sonra məzuniyyət olacaq. Mən belə düşünürəm”.

Vüqar İskəndərov: “Hər bir seçicinin birbaşa özümlə əlaqə saxlamaq ...

Vüqar İsgəndərov: “İşlərimi qaldığı yerdən davam etdirəcəyəm”

113 saylı Şəki şəhər dairəsindən qanunverici orqana mandat qazanan Vüqar İsgəndərovun isə bir sıra planları var: “Məzuniyyət zamanı da işlərimi qaldığı yerdən davam etdirəcəyəm. Hansısa tədbirlər keçirilərsə, orada iştirakım lazım olarsa, bu məsləhət bilinərsə, aktiv şəkildə iştirak edəcəyəm. Məzuniyyəti ölkəmiz daxilində keçirəcəyəm. Bilirsiniz ki, Şəkidən millət vəkili seçilmişəm. Turistik, gözəl havası, tarixi abidələri olan bir bölgədir. Ailəmlə bir yerdə Şəkidə olacağam. Lazım gələrsə, Bakıya da gələcəyəm. Övladlarımın görmədiyi bölgələrimiz var. Karantin qaydalarını qorumaqla imkan olarsa, övladlarımı həmin tarixi ərazilərimizlə tanış etmək fikrindəyəm. Ümumiyyətlə, məzuniyyətdə ölkəmizdə, Şəkidə olacağam”. Musavat.com

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …