Ana səhifə / Siyasət / Pakistanın AVAZ televiziyasının aparıcısı Samir Adıgözəlli ilə görüşüb – FOTO

Pakistanın AVAZ televiziyasının aparıcısı Samir Adıgözəlli ilə görüşüb – FOTO

Pakistanın nüfuzlu AVAZ televiziyasının aparıcısı, siyasi şərhçi Əli Tahir İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) ofisində adıçəkilən qurumun rəhbəri, eyni zamanda, “Böyükmillət.com” media portalının Baş redaktoru Samir Adıgözəlli ilə görüşüb.

Azinforum.az xəbər verir ki, İSBAM-ın mərkəzi ofisini ziyarət edən pakistanlı qonaqla Samir Adıgözəli arasında Azərbaycan- Pakistan münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

S.Adıgözəlli 44 günlük Qarabağ savaşında Pakistan dövləti və xalqının bir nəfər kimi Azərbaycanın haqq səsini və mübarizəsini dəstəklənməsindən olduqca məmnun olduqlarını deyib və buna görə qardaş ölkə xalqına bir daha minnnətdarlığını ifadə edib.

Daha sonra tərəflər iki qardaş ölkə arasında media və vətəndaş cəmiyyətləri arasında münasibətlərin dərinləşdirilməsi, əlaqə və əməkdaşlığın gücləndirilməsinin zəruriliyi ətrafında müzakirə aparıblar. Tərəfələr ortaq rəyə gələrək, qərara alıblar ki, bundan sonra əməkdaşlıq imkanları istiqamətində əməli addım atsınlar.

Onu da qeyd edək ki, Əli Tahir, həm də Şaahid Zülfüqar Ali Butto Hüquq Universitetində beynəlxalq hüquq üzrə dərs deyir.

img
img

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …