Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Pakistandakı səfirliyimiz 28 may bayramını belə qeyd etdi- Fotolar

Pakistandakı səfirliyimiz 28 may bayramını belə qeyd etdi- Fotolar

28 May Respublika Günü münasibəti ilə İslamabad şəhərində, Serena mehmanxanasında təntənəli mərasim keçirilmişdir.

Pakistanın Federal təhsil, Peşəkar təlim, Daxili işlər və Narkotiklərə nəzarət üzrə Dövlət naziri Məhəmməd Baliğur Rəhmanın ali qonaq qismində qatıldığı tədbirdə Pakistan ordusunun generalları və digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişlər. Mərasim salonu Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Prezidenti Məmnun Hüseynin portretləri ilə bəzədilmiş, müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı haqqında videoçarx nümayiş etdirilmiş, milli musiqi nümunələri səsləndirilmişdir.

Çıxış edənlər Azərbaycan xalqının azadlıq əzminin, eləcə də onun zəngin mədəniyyətinin təzahürü olaraq, 1918-ci ilin 28 mayında Azərbaycan Demokratik Respublikasının öz müstəqilliyini elan etməsindən, qısa sürsə də ADR ideallarının,

1991-ci ildə yenidən azadlığına qovuşan Azərbaycanın siyasi tarixində mühüm yerə malik olmasından danışmışlar. Bildirilmişdir ki, müstəqil Azərbaycan bu gün müasir dövlət quruculuğu yolunda irəliləyir, Azərbaycan İslam dünyası ilə Qərb arasında mədəni körpü rolunu ounayır, öz müstəqilliyini qorumağa və gücləndirməyə qadirdir. Nitqlərdə Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın tam dəstəyindən, Azərbaycanın Pakistanda həyata keçirdiyi humanitar layihələrdən bəhs olunmuşdur.

Pakistanın Federal təhsil, Peşəkar təlim, Daxili işlər və Narkotiklərə nəzarət üzrə Dövlət naziri Məhəmməd Baliğur Rəhman çıxışında Azərbaycana səfərinə istinad edərək vurğulamışdır ki, bu ölkə gündən-günə inkişaf edir. Azərbaycan və Pakistanın bir-birinə münasibəti təmənnasızdır. Pakistan Ermənistan işğalını ən sərt şəkildə qınamış, Pakistan Senatı Xocalı Soyqırımını tanıyan qətnamə qəbul etmişdir. Azərbaycan həmişə çətin zamanlarda Pakistanın yanında olmuş, Heydər Əliyev Fondu Pakistanda çox önəmli humanitar layihələr həyata keçirmişdir. Qonaqlar Azərbaycan həqiqətlərindən, iqtisadi və turizm potensialından bəh edən kitab və broşurlarla tanış olmuşlar.

 

pak2

pak3

pak4

pak5

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın