Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Pakistan cüdoçuları İslam Oyunlarına qatılmayacaq – Onlara Bakıya getməyə icazə verilməyib

Pakistan cüdoçuları İslam Oyunlarına qatılmayacaq – Onlara Bakıya getməyə icazə verilməyib

Pakistan Olimpiya Assosiasiyası (POA) Pakistan Cüdo Federasiyası (PCF) ilə yaranmış ixtilafa görə ölkənin cüdoçularının Bakıda keçirələcək 4-cü İslam Həmrəylik Oyunlarında iştirakına icazə verməyib.

Bu barədə  “Associated Press of Pakistan” (APP) xəbər agentliyi bildirib. POA oyunlarda iştirakçıların qeydiyyatı üçün son tarixin fevralın 16-sı olduğunu və qərarını cüdo federasiyasının iştirakçılar siyahısını gec göndərməsilə əsaslandırıb.

Lakin APP məsələ ilə tanış olan anonin mənbədən cüdo federasiyasının siyahısının ilk dəfə yanvarın 10-u göndərildiyini deyib. Mənbə məktuba cavab almadıqdan sonra PCF-in olimpiya assosiasiyasına siyahını bir daha martın 29-u göndərdiyini bildirib.

Pakistanın “The News International” qəzeti yanvarın 12-si dərc edilən məqalədə cüdo federasiyasının 4 kişi və 4 qadın cüdoçunun iştirakını təklif etdiyini bildirib.

Lakin olimpiya assosiasiyası cüdo federasiyasına cavabını yalnız aprelin 17-si yazaraq məsələnin təşkilatın baş hüquqşunası tərəfindən müzakirə edildiyini, amma qeydiyyat üçün son tarix keçdiyi üçün Pakistan cüdoçularının oyunlarda iştirak edə bilməyəcəyini bildirib.

APP həmçinin bildirir ki, Pakistan Olimpiya Assosiasiyası cüdoçulara birbaşa müraciət edərək onlardan fərdi olaraq POA-ya müraciət etmələrini xahiş edib. Lakin cüdoçuların bu təklifdən imtina ediyi deyilir. “The News International” iki idman qurumu arasında yaranan mübahisənin kökündə “bəzi hüquqi məsələlərə” dair fərqli rəylərin durduğunu deyir.

Qəzet bildirib ki, POA, cüdo federasiyasının 2015-ci il rəhbərlik seçkilərində onun qaydalarına tabe olmadığını hesab edir və buna görə də mübahisə yaranıb. (BBC)

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın