Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / PA: “Azərbaycanın maraqları Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”

PA: “Azərbaycanın maraqları Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”

Azərbaycan Türkiyənin mühüm strateji tərəfdaşlarından biridir.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər. Administrasiyadan qeyd ediblər ki, Türkiyə və Azərbaycanı təkcə tarixi və mədəni əlaqələr deyil, iqtisadi və siyasi əlaqələr də birləşdirir və bu əlaqələr gündən-günə daha da möhkəmlənir. PA-dan vurğulayıblar ki, bu gün Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ), Trans-Anadolu qaz kəməri (TANAP) kimi mühüm layihələr həyata keçirirlər.

Bildirilib ki, Bakı və Ankara hərbi və müdafiə sahəsində də münasibətləri möhkəmləndirir: “Azərbaycanın maraqları həmişə Türkiyə üçün böyük əhəmiyyət kəsb edib və Azərbaycan hakimiyyəti və xalqı Türkiyəyə qardaşlıq münasibətini dəfələrlə nümayiş etdirib. Bundan əvvəl olduğu kimi, Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləməkdə davam edəcək”.

Qeyd edək ki, oktyabrın 30-də Bakıda BTQ dəmir yolunun rəsmi açılışı keçiriləcək. (Trend)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …