Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn prezidentlərin Bakıya səfərləri ilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.

“Bir sıra dövlətlərarası iqtisadi əməkdaşlıqla bağlı sənədlər imzalanıb. Hesab edirəm ki, digər məsələlərlə yanaşı, Qarabağ məsələsinin də müzakirə olunacağı istisna deyil. Əgər başqa məsələlər olarsa, onların da əlamətləri tezliklə üzə çıxar.

P. Hüseynin sözlərinə görə, bu cür səfərlər hər bir ölkənin regionda əməkdaşlıq etdiyi, ünsiyyətdə olduğu ölkələrlə münasibətinin normal gedişatıdır:

“Konkret olaraq, hazırda regionda ölkələrarası təhlükəsizliklə bağlı bəzi məsələlər cərəyan edir. Buna Qarabağ məsələsi, Suriya problemi, İranda baş verən hadisələr aiddir. Bunlar da bizim maraq və mənafelərimizə toxunan məsələlərdir. Ona görə də prinsipcə indiki Azərbaycan Rusiya əlaqələrini də bu müzakirə olunacaq məsələlərə aid etmək olar”.