Ana səhifə / Siyasət / Pənah Hüseyn: “Guya hakimiyyət kreslosu yaxşı şeydir kimi şitlik etmişəm…”

Pənah Hüseyn: “Guya hakimiyyət kreslosu yaxşı şeydir kimi şitlik etmişəm…”

“AMİP-in təsisçilərindən Vilayət Quliyev partiyanın 1-ci qurultayında iştirakım və bununla bağlı təəssüratlarını paylaşıb. Həqiqətən, nə AMİP-in birinci qurultayında iştirakım, nə də Vilayət Quliyevin bəhs etdiyi epizod barədə yaddaşımda nəinki ondakı kimi parlaq, təfsilatlı xatirə, ümumiyyətlə bir şey qalmayıb. Lakin, bu deyilənlər olubsa, orda E. Məmmədovla nə iləsə əlaqədar zarafat, atmaca  xarakterli “söz dueli”nin olmasını istisna etmirəm. Ancaq məsələ burasındadır ki, mənim leksikonumda “svarka”, sözü müraciətimdə “ə” forması yoxdur və mümkündür ki, guya xidmət edənlərin xüsusi diqqətindən təsirlənib, hakimiyyət kreslosu yaxşı şeydir kimi şitlik edim. Kresloqarışıq qoparıb atmaq məsələsinə gəldikdə, vəzifə kreslosu konkret mənada dövlət inventarıdır, onu atmaq olmaz, məcazi mənada isə yenə dövlətə  məxsusdur, atmaq mümkün deyil, vəzifəli şəxs vəzifədən gedər, vəzifə kreslosu isə qalar. Görünür, bunları Vilayət müəllim hekayəni bədiləşdirmək üçün “bəzək” olaraq əlavə edib”.

Bunu Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn bildirib.

“Əsas olan bunlar deyil, odur ki: Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra qəbul edilmiş ilk qanun 2 iyun 1992- ci il 2 iyunda  qəbul olunub, imzalanıb, dərc edilmiş “Siyasi partiyalar haqqında” qanun idi. Dövlət katibi o dövrdə AXC-nin opponenti  olan AMİP-in təsis qurultayına Prezidentin yazılı  təbrikini çatdırıb oxumuşdu və  hakimiyyətin əsas siyasi rəqibi olan siyasi partiya təsis qurultayından cəmi 13 gün sonra  rəsmi dövlət qeydiyyatına alınıb, qərargahla təmin edilmişdi.  Yeri gəlmişkən, sonralar Yeni Azərbaycan Partiyası da təsis qurultayından cəmi 3 həftə sonra rəsmi dövlət qeydiyyatına alınmışdı və ümumiyyətlə, o vaxt  bir neçə ay ərzində 30 siyasi partiya  qeydiyyatdan keçmişdi. 2 iyun 1992- ci il siyasi partiyalar haqqında qanunda sonrada mətndən çıxarılan, siyasi partiyaları fəaliyyəti üçün dövlətin təhəddüd və vəzifələrini əks etdirən mütərəqqi müddəalar  əks olunmuşdu  və bu AXC hakimiyyətinin demokratikləşmənin dönməz xarakter alması üçün siyasi partiyaların rolunu və əhəmiyyətinə baxışlarının ifadəsi idi. Əhəmiyyətli olan və xoş olan bunlardır. Qalanı təfərüatlardır” – P.Hüseyn qeyd edib.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …