Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Özünü ermənidən çox erməni kimi aparan Fransadan başqa nə gözləmək olardı?

Özünü ermənidən çox erməni kimi aparan Fransadan başqa nə gözləmək olardı?

Fransa senatının bu qərarı gözlənilən idi. Çünki özünü ermənidən çox erməni kimi aparan bir dövlətdən bundan başqasını gözləmək sadəlövhlük olardı. Əminliklə deyə bilərik ki, bu qərar Yelisey sarayında hazırlanıb və Makron administrasiyasının təkidi ilə qəbul olunub”.

Bu sözləri açıqlamasında “Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov deyib.

“Bu da onu göstərir ki, Fransada heç bir demokratik idarə etmədən danışmaq olmaz. Ona görə də belə bir dövlətin Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərmək istəyi də fiaskoya uğramış hesab oluna bilər. Çünki bu qədər qərəzdən sonra Fransa sülhyaratma prosesində iştirak edə bilməz”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi təcili olaraq adekvat cavablar verməlidir: “Fransanın Azəbaycandakı səfiri XİN-ə çağırılmalı, Azərbaycan parlamenti Fransanın Əlcəzairdə törətdiyi soyqırımı ilə bağlı dinləmələrə başlamalı, Korsikanın müstəqilliyi tanınmalı, Azərbaycanın Fransadakı səfiri məsləhətləşmələr üçün təcili ölkəyə dönməli, bundan sonra Fransa ilə diplomatik münasibətlərin necə davam etdirilməsi ilə bağlı müakirələr aparmalıdır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …