Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Özünü buraxan partiya sədri ziyalıları və xalqı qınadı: “Ancaq öz qarınlarını düşünürlər”

Özünü buraxan partiya sədri ziyalıları və xalqı qınadı: “Ancaq öz qarınlarını düşünürlər”

“Yaxın günlərdə partiyanın buraxılması ilə bağlı bəyanat verəcəyik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Qorqud Partiyasının sədri Firuddin Kərimov deyib. O, bildirib ki, yaxın günlərdə ictimaiyyətə müraciət edəcək və partiyanı buraxacaq:
“Partiyanın bəyanatı olacaq. Bizim partiyanın ideologiyası, yaranma səbəbi tam başqa idi. Üzv yığmaq partiya üçün problemdir və biz onu yığa bilməyəcəyik, bunun da səbəbləri var. Başqa çarəmiz yoxdur. Bu partiya başqa məqsədlər üçün yaradılmışdı”.
Sədr bu istiqmətdə ziyalıların ona dəstək vermədiyini vurğulayıb:
“Çox heyif, bu gün biz öz missiyamızı yerinə yetirə bilmədik. Bu işdə bizə xalqın ziyalıları kömək etməli, dəstək verməli idi. Lakin bu gün xalqın sayılıb-seçilən ziyalıları öz qarınlarını fikirləşir, həqiqətlərə münasibət bildirmək istəmirlər. Mənim məntiqimlə bu gün Azərbaycan ziyalıları cəhalət içərisindədirlər. Onlar tarixi, elmi, dini bilgiləri yoxdur. Biz onlara inanıb, fəaliyyət göstərmək istəyirdik. Lakin indiki ziyalıların keşmişə, tarixə olan münasibəti deyir ki, onları ümumiyyətlə tarix maraqlandırmır. 
Qaldıq əlsiz-ayaqsız, üzvlərimizin sayı artmadı. Elə bilirdik xalq bizimlə birləşəcək, qulaq asacaq, ancaq tam əksinə oldu. Onlar bizi  görməməzlikdən gəldilər. Ancaq onların mənliyi, vicdanı yol vermir dillərinə gətirsinlər ki, mən düz deyirəm. Bizi saymadılar. Ziyalılar həqiqəti görə-görə susdular, müxalifət də, iqtidar da susdu. Bu gün Azərbaycanın ziyalıları hər şeyə ancaq şəxsi prizmasından baxırlar. Onları müzakirəyə çağırırdım, gəlmirdilər”. 
Qeyd edək ki, bir neçə gün öncə Qaynarinfo Qorqud Partiyasının fəaliyyətini dayandırması ilə bağlı məlumat yaymışdı. 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …