Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Övladımın toyuna spikeri dəvət etməzdim” – Araz Əlizadə həmkarını qınadı

“Övladımın toyuna spikeri dəvət etməzdim” – Araz Əlizadə həmkarını qınadı

“Deputat həmkarlarım Cavanşir Feyziyevlə Rafiq Məmmədhəsənovun quda olması məni də çox sevindirir. Ancaq həmin toya mən dəvət edilməmişəm”.

Azinforum.az xəbər verir ki, bu fikirləri “ölkə.az”-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.

A.Əlizadə deputat həmkarlarının övladlarını təbrik də edib:

“Bu çox gözəl addımdır. Həmin gəncləri mən də təbrik edirəm, xoşbəxt və oğullu-qızlı olsunlar, qoşa qarısınlar. Ancaq mən həmin toyda iştirak etməmişəm”.

A.Əlizadə sözügedən toyda bəy və gəlinin restorana gecikməsi ilə bağlı yayılan xəbərlərə isə münasibət bildirməyib:

“Mən bu toyda olmadığım üçün heç bir söz deyə bilmərəm. Ancaq mənə görə, toya yaxın adamlar, qohumlar dəvət olunmalıdır. Şəxsən mən övladlarıma toy etsəydim və deputat olsaydım, toya spikeri dəvət etməzdim. Çünki mənim spikerlə münasibətlərim yalnız Milli Məclisdə olur. Toya ən yaxın adamları dəvət edərlər. Vaxtilə mən oğlumu evləndirmişəm və çox kiçik toy etmişəm. Bilirsiniz, Sovet İttifaqı dövründə dəbdəbəli toy və yas mərasimləri qadağan idi. Ancaq bu gün dəbdəbəli toyların sayı çoxdur. Təbii ki, bu da hər bir adamın öz seçimidir”.

Xatırladaq ki, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə quda olub. Mətbuatda yayılan xəbərlərə görə, Rafiq Məmmədhəsənov toya Milli Məclisin sədri Oqtay Əsədovu da dəvət edib. Spiker toya saat 20:30-da gəldiyi üçün bəy və gəlin maşında gözlədilib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …