Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Orta Asiyada “barıt çəlləyi”: Nə baş verir? – TƏHLİL

Orta Asiyada “barıt çəlləyi”: Nə baş verir? – TƏHLİL

Qazaxstan hökuməti iki-üç gün əvvəl regionlardan birində qazın bahalaşmasına qarşı başlayan və bütün ölkəni bürüyən mitinqlər fonunda istefa vedi. Lakin dünən ümummilli miqyasda hökumətin istefası da daxil olmaqla, siyasi tələblərlə qarşılandı. Ölkə prezidenti dünənki çıxışında xalqı “ölkənin bütövlüyünü və birliyini pozmağa çalışan qrupların çağırışlarına” məhəl qoymamağa çağırdı. Lakin prezident hansı qrupları nəzərdə tutduğunu açıqlamadı.
Baş verənlər, xüsusən hökumətin istefasının vəziyyəti nə dərəcədə sakitləşdirəcəyini söyləmək hələlik çətindir. Bütün bunların yeni, daha yüksək siyasi tələblərin irəli sürülməsi ilə nəticələnə biləcəyi istisna edilməməlidir. Ölkədə komendant saatı tətbiq edilib və bəzi böyük şəhərlərdə polis qruplarının etirazçılara qoşulduğu barədə xəbərlər var. Proseslər siyasi dəyişikliklərə səbəb olmaqda davam edərsə, onların təkcə daxildə deyil, həm də xarici və beynəlxalq aləmdə ciddi təsirləri olacağı şübhəsizdir.
Xüsusilə diqqəti cəlb edən məqam odur ki, eskalasiyya dalğası ABŞ-Rusiya və NATO-Rusiya formatında təhlükəsizlik təminatı məsələləri müzakirə ediləcəyi zamanla paralel vaxtda baş verdi.
Bunun fonunda Qazaxıstanda qəfil qarşıdurma (eskalasiyya) baş verir. Bu, Rusiyanın arxasında ikinci cəbhə ola bilər. Təbii ki, Rusiyanın ikinci cəbhə açması və ya ABŞ-la həlledici danışıqlara paralel olaraq Qazaxıstanda qeyri-sabitlik Moskvaya nəyinə lazım olduğu aydın deyil. Mümkündür ki, Rusiya Qazaxıstan hökumətini bu şəkildə şantaj edə bilər. Dəqiq nəticələr çıxarmaq üçün kifayət qədər məlumatımız olmadığından müxtəlif fərziyyələri nəzərdən keçirmək mümkündür.
Şübhə yoxdur ki, Qazaxıstan ictimaiyyəti arasında bu ölkədə 30 ildən artıqdır mövcud olan eqoist, totalitar sistemdən obyektiv narazılıq var. Və bu narazılıq müxtəlif siyasi qığılcımlara səbəb ola bilər. 
O cümlədən Türkiyənin getdikcə təsirlərinin genişlənməsi ABŞ-Rusiya və ya Qərb-Rusiya təhlükəsizlik danışıqları üçün risk hesab edilə bilər. ABŞ-Rusiya razılaşmasına əsasən, Türkiyənin Orta Asiyada manevr ehtimalını azaltması mümkündür.
Ankara da öz növbəsində türkdilli ölkələrdə, o cümlədən Qazaxıstandakı nüfuzundan istifadə edərək, xüsusən də Rusiyaya təzyiq göstərə bilər. İstənilən halda, Qazaxıstanın Çinlə sərhəddə olmasını nəzərə alsaq, hazırda geosiyasi “barıt çəlləyi” durumunda olması şübhə doğurmur. Ona görə də bu ölkədə baş verən hadisələr kifayət qədər gözlənilməz məcrada inkişaf edə bilər. 
Bir tarixi həqiqətidə unutmaq olmaz ki, inqilab baş vermiş bütün dövlətlər sonda torpaqlarının bir hissəsini itirib.
Maraqlısı odur ki, bu tarixi proseslərdəki rəngli (məxməri) inqilablar Qərb tərəfindən həyata keçirilir, amma nədənsə sonradan torpaqlar ruslara əlinə keçir. Yəqin ki, Qazaxıstan da istisna olmayacaq.
Telman Qasımov

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …