Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Ordumuz üzərinə düşən vəzifələri çox böyük ustalıqla yerinə yetirir” – BAP

“Ordumuz üzərinə düşən vəzifələri çox böyük ustalıqla yerinə yetirir” – BAP

Böyük Azərbaycan Partiyasının bəyanatı.

Məlum olduğu kimi, Ermənistan ordusunun növbəti təxribat əməlləri nəticəsində Ermənistan-Azərbaycan sərhəddində atəşkəs pozuldu və hərbi əməliyyatlar başladı.

Azərbaycan Ordusu Ermənistana və onu qızışdıranlara növbəti dəfə dərs verdi və bu dərslər davam edəcəkdir. Düşmən həm canlı qüvvə, həm də silah-sursat baxımından çox əhəmiyyətli itkilər verdi.

Uzun müddətdir hər cür erməni riyakarlığı ilə götürdüyü öhdəliyə və verdiyi sözə əməl etməyən Ermənistanın siyasi və hərbi rəhbərliyi indi çıxılmaz vəziyyətə düşüb, müzəffər Azərbaycan ordusunu dayandırmaq üçün bütün dünya liderlərinə yalvarırlar.Azərbaycan ordusu üzərinə düşən vəzifələri çok böyük ustalıq və məsuliyyətlə yerinə yetirir.

Böyük Azərbaycan Partiyası olaraq Vətənimiz üçün belə həlledici məqamda ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasını, hamının vahid mövqe sərgiləməsini vacib hesab edir, dövlətimizi, müzəffər ordumuzu və prosesi uğurla aparan Ali Baş komandan İlham Əliyevi müdafiə etdiyimizi bəyan edir, xalqımıza növbəti qələbə sevinci arzulayırıq!

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …