Ana səhifə / Siyasət / Ordudakı kadr dəyişikliyini zəruri edən nədir? – ŞƏRH

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir? – ŞƏRH

“Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənməsinə xidmət edir”.  
Bunu “Report”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, general-polkovnik Zakir Həsənov Müdafiə naziri təyin olunandan sonra orduda islahatlar daha da sürətlənib: “Son illərdə çoxlu sayda hərbi hissələr, hərbi təyinatlı obyektlər, subay və ailəvi hərbi qulluqçularımızın məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yaşayış binaları inşa olunaraq istifadəyə verilib. Bununla yanaşı, hərbi qulluqçularımızın həm ərzaq, həm də geyim təminatı artıb. Hazırda Azərbaycan Ordusunda NATO standartları tətbiq olunur. Davamlı olaraq genişmiqyaslı təlimlər keçirilir. Orduda keçmiş illərdəki ciddi qüsurlar hazırda yoxdur. Bütün bunlar Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra qazanılan uğurlardır”. 

E.Şahinoğlunun fikrincə, keyfiyyət dəyişikliyi həmişə kadrların yenilənməsi ilə müşahidə olunmalıdır. Bu baxımdan o, Müdafiə Nazirliyində olan növbəti kadr dəyişikliyini yüksək qiymətləndirib: “Biz daha güclü ordu istəyiriksə, onda kadr islahatlarının olmasını vacib bilməliyik. Çünki bu, orduda keyfiyyətin yüksəlməsinə, yeni təcrübələrin qazanılmasına səbəb olacaq”. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrası isə general-leytenant Nizam Osmanova həvalə olunub.-

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …