Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Onunla şəxsən danışdım, məsuliyyətsiz birinə bənzəmir” – Toliklə İcra başçısı arasında qalmaqal

“Onunla şəxsən danışdım, məsuliyyətsiz birinə bənzəmir” – Toliklə İcra başçısı arasında qalmaqal

Qalmaqallı prodüser Tolik Xaçmaz Rayon İca Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin onun ünvanına ağır sözlər səsləndirməsi ilə bağlı açıqlama verib.

O,  Gununsesi.info-ya açıqlamasında bunları deyib:

“O, ağsaqqal adamdır, mən bilsəydim 75 yaşı var, heç vaxt o sözləri yazmazdım. O tərbiyəni görməmişəm ki, ağsaqqal insanla dava edim. Onunla şəxsən danışdım, məsuliyyətsiz birinə bənzəmir…

O, özü də söhbət zamanı bildirdi ki, “mən Həccə gedib-gələn insanam, şəhidimizə hörmətsizlik edə bilmərəm”.

Sağ olsun, mənim yazdıqlarımdan sonra artıq həmin şəhidin ailəsinə maddi yardım göstərilib və qəbir daşı tezliklə düzəldiləcək. Jurnalistlər də sağ olsun, mənim yazdıqlarımı yaydılar. Amma kim deyir ki, “Tolik bunu reklam üçün edir”, Allah- təala ona qənim olsun.

Mən istəmirəm ki, bəzi müğənnilər kimi öləndən sonra goruma söysünlər, əksinə, qoy desinlər ki, “Allah Tolikə rəhmət eləsin”. Amma heç kimdən qorxmuram, dediklərimin arxasında da dururam ”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın