Bunu millət vəkili Aydın Hüseynov Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünün nəticələrindən danışarkən şərh edərkən bildirib. Deputat qeyd edib ki, ölkəmiz beynəlxalq hüquqa söykənir:

” Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal olunub. 1 milyondan çox qaçqını və məcburi köçkünü var. Beynəlxalq aləm bu məsələlərə iki standartlarla yanaşır”.

Ermənistan xalqının səfalət içərisində olduğunu vurğulayan deputat qeyd edib ki, işğalçı ölkə iqtisadiyyatı bərbad haldadır:

“Paşinyan belə bir zəif iqtisadiyyatla və ardıcıllığı olmayan xarici siyasətlə ölkəsini məhvə aparır. Qarabağ məsələsi Paşinyan üçün hakimiyyətdə qalma vasitəsidir.

Erməni xalqını 20 il Sarkisyanla Koçaryan aldatdı. Bunların hakimiyyətdə qalmalarının yeganə vasitəsi Qarabağ münaqişəsidir. Amma indi vəziyyət başqadır. Paşinyan təcrübəsiz bir adamdır. Onun diplomatiya və siyasətdən yaxşı başı çıxmır. Artıq o beynəlxalq tədbirlərə qatıldıqca, beynəlxalq hüquq normalarını dərk etdikcə, başa düşür ki, populist çıxış deyil, konkert adımlar atılmalıdır.

Hesab edirəm ki, düşmən hər şeyi başa düşəcək. Sadəcə, bunun geci-tezi var. Çünki mənfur qonşularımız anlayır ki, Azərbaycan güclü iqtidadiyyata və qüdrətli orduya malikdir. Azərbaycan ordusu dünyanın 50 ən inkişaf etmiş orduları sırasındadır. Azərbaycan qısa bir müddətdə, torpaqlarını işğaldan azad etmək iqtidarındadır.

Bütün bunları da anlayırlar. Hesab edirəm ki, Paşinyan artıq reallığı dərk edir. Eməni baş nazir yaxşı bilir ki, onların yeganə çıxış yolu Azərbaycanın həyata keçirdiyi layihələrdən bəhrələnməkdən keçir. Layihələrimizdən yararlanmaq üçün isə ərazilərimizdən qeyd-şərtsiz çıxmalıdırlar. Bunu da dərk etməsələr, Azərbaycanın öz ərazi bütövlüyün bərpa etmək hüququ var. Bu hüququ da həyata keçirəcək gücdə olan qüdrətli ordusu var”.

Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşün nəticələrindən biri də ondan ibarətdir ki, danışıqlar prosesinə sadiqlik nümayiş etdirilib. (sherg.az)