Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Onlar düşmən kimi iy verirlər” – Erməni sədrin türklərə qarşı nasist çıxışı

“Onlar düşmən kimi iy verirlər” – Erməni sədrin türklərə qarşı nasist çıxışı

“Bu gün Ermənistanda təkcə ermənilər deyil, həm də türklərin nümayəndələri yaşayırlar. Ermənistan bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının timsalında düşmən tərəfindən işğal olunub”.
Belə ki, bu barədə noyabrın 25-də müxalifətin təşəbbüsü ilə parlamentdə keçirilən dinləmələrdə “Əriklər ölkəsi” partiyasının rəhbəri Zarui Postancyan nasist çıxışı zamanı bildirib.
Türklərə qarşı irqçi ifadələr səsləndirən Postancyan sözlərini belə davam etdirib: “Bu türklər də Milli Məclisin binasında oturub parlamentin iclas zalına baş çəkirlər. Onlar qoxusundan tanınırlar. Onlar düşmən kimi iy verirlər”.
Partiya sədri dövlət qurumlarının və binalarının hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlüyü altında gizlənən “türklərdən” azad edilməsinə başlanılmasına çağırıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …