Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ölkəyə telefon gətirənlərin nəzərinə – Məhdudlaşma olacaq

Ölkəyə telefon gətirənlərin nəzərinə – Məhdudlaşma olacaq

Azərbaycanda fiziki şəxslər tərəfindən mobil telefonların ölkəyə gətirilməsinin məhdudlaşdırılması planlaşdırılır.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı iki ildən bir şəxsi istifadə üçün ölkəyə bir mobil telefon gətirə biləcək.

Mənbə bildirib ki, ilkin məlumatlara görə yaxın gələcəkdə qüvvəyə minəcək olan bu yeni üsul dövlət büdcəsinə daxilolmaların artırılmasına imkan verəcək.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın