Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Ölkəmizi Qacarlar dövlətinin varisi hesab edirəm” (VİDEO)

“Ölkəmizi Qacarlar dövlətinin varisi hesab edirəm” (VİDEO)

“Biz o qədər güclənməliyik ki, keçmiş tarixi dövlətimizə sahiblənə bilək. Mən ölkəmizi indiki İran adlanan ərazidə mövcud olmuş Qacarlar dövlətinin varisi hesab edirəm”.

Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Kanal 13” internet televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran müstəqil, dünyəvi, demokratik, uğurlu bir Azərbaycan dövlətinin formalaşmasını istəmir. “Çünki bu onun maraqlarına uyğun deyil, onu özünün milli təhlükəsizliyinə təhdid kimi görür. Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra İranın bizdən gördüyü bu potensial təhdid aktuallaşdı. Mən 2017-ci ildə nəşr etdirdiyim “Dövlət siyasətinin əsasları” kitabımda İranı aktuallaşmağa meyilli potensial təhdid kimi dəyərləndirmişdim. Budur, vaxt gəldi, bu təhdid qısa müddətdə aktuallaşdı. Bunun tarixi səbəbləri var. Çünki Azərbaycanın dövlətçilik tarixinə baxdıqda, biz Şimalı Azərbaycanın işğal olunduğu dövrə çıxırıq. Daha da dərinə getdikdə bu coğrafiyada min il ərzində hökmranlıq etmiş Türk sülalələrinin dövlətçilik tarixi ilə rastlaşırıq: Böyük Səlcuqlar İmperiyası, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, nəhayət, Qacarlar dövləti. Məlumdur ki, 1923-25-ci illərdə Rusiya və Britaniyanın birgə səyləri nəticəsində Türk sülalələri hakimiyyətdən devrildi və Pəhləvilər hakimiyyətə gətirildi. Yəni tarixin bu arxa planını bilmədən biz hadisələri aça bilməyəcəyik”, – partiya sədri vurğulayıb.

Sülhəddin Əkbərin müsahibəsinin videoyazısını təqdim edirik:

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …