Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ölkədə internet probleminin səbəbi bilindi – Yanğın

Ölkədə internet probleminin səbəbi bilindi – Yanğın

Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. İnternet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Report-a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi “Delta Telecom” şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.

Nazirlikdən bildirilib ki, ölkəni internetlə təmin edən “Delta Telekom” şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın