Ana səhifə / Siyasət / “Ölkə başçılarının Moskva görüşündə nəyinsə dəyişəcəyinə inanmıram…”

“Ölkə başçılarının Moskva görüşündə nəyinsə dəyişəcəyinə inanmıram…”

“2020-ci ilin 44 günlük müharibəsindən bəri keçən dövr ərzində Azərbaycan-Ermənistan arasındakı görüş və danışıqları izlədikdə bizə bir şey də aydın olur ki, artıq görüşlər keçirilən paytaxtların ixtisaslaşması prosesi gedir. Yəni sanki danışıqlarla bağlı öz aralarında vəzifələri bölüşdürürlər”. 

Bu fikri Moderator.az-a açıqlamasında Bakı və İrəvan arasındakı son aylar müxtəlif Vaşinqton, Brüssel və Moskvada keçirilən danışıqlar prosesi ilə bağlı fikirlərini söyləyərkən ifadə edib.

“Məsələn, Vaşinqton və Moskva, elə bil, əsasən sülh sazişinin üzərində çalışır, yaxud ona aid problemləri gündəmə gətirir və müzakirə edirlər. O ki qaldı Brüsselə, oradakı müzakirələr daha çox kommunikasiyaların bərpası və  humanitar mövzulara daha çox meyillidirlər. Çünki artıq Makronun  iştirakıyla, demək olar ki, sülh sazişinin müzakirəsinə son qoyulur. İndi qayıdaq  Moskva ilə Vaşinqtona… Onların masalara qoyduğu sənədlər təxminən eynidir. Ancaq yadınızdadırsa, Putin Soçidə dedi ki,  Vaşinqtonun təklif etdiyi saziş variantında Ermənistan Qarabağdan imtina etməlidir və əgər İrəvan bunu qəbul edirsə, bizim etirazımız yoxdur. Rusiya liderinin sözlərinə görə, Moskvanın yanaşması isə fərqlidir, yəni o da “Qarabağın statusu” məsələsini gələcəyə saxlayır”, – deyə açıqlamasının davamında politoloq söyləyib. 

“Ermənistan siyasi şərhçiləri arasında danışıqlarla bağlı hansısa Xavayev sənədinin olmasından söhbət gedir. Guya ki, həmin sənədin 15-ci maddəsində Qarabağın statusu məsələsi təsbit olunub. Mən bu sənədi görməmişəm. Amma erməni şərhçilərin rəyinə görə, həmin sənəddə qalan şərtlər Vaşinqton variantıyla eynidir. Paşinyanın da buna dəlalət edən bir bəyanatı var. O da  bildirib ki, əgər Rusiya yenidən sülh sazişi ilə bağlı sənəd təklif etsə, biz onun üzərində işləməyə hazırıq. Bundan sonra da Ermənistan baş naziri gedib Moskvada 9 may paradında iştirak edib. İndi də nazirlərin görüşündən sonra dövlət başçılarının da görüşü nəzərdə tutulur.  Amma Soçini yada salsaq, görəcəyik ki,  cənab Prezident  orada dedi ki, Qarabağ məsələsi bizim üçün öz həllini tapıb və bağlanıb. Yəni Azərbaycan artıq status-filan məsələləri haqda düşünmür. Bütün deyilənləri nəzərə alaraq Moskva görüşündə nəyinsə dəyişəcəyinə inanmıram. Yəni Azərbaycan öz mövqeyindən çəkilməyəcək. Çünki bunun üçün nə əsas var, nə də kimsə buna bizi məcbur edə bilər”, – deyə sabiq baş diplomat diqqətə çatdırıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …