Ana səhifə / Siyasət / Öldürülən rus pilotun görüntüsü yayıldı – Foto/18+

Öldürülən rus pilotun görüntüsü yayıldı – Foto/18+

Suriya ilə sərhəddə vurulan Rusiya döyüş təyyarəsinin pilotu həlak olub.

 

Axar.az xəbər verir ki, yerli media orqanlarının məlumatına görə, pilotun meyiti Bayırbucaq bölgəsinin Qızıldağ cəbhəsində türkman döyüşçülər tərəfindən tapılıb.

 

Katapult edən iki pilotdan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ olduğu iddia edilir.

 

Xatırladaq ki, bu gün Türkiyə sərhədini pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bombardmançının F-16 qırıcısı tərəfindən vurulduğu bildirilir.

 

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir Əhməd Davudoğlunu qəbul edəcəyi gözlənilir. Ə.Davudoğlu Baş Qərargaha və Türkiyə XİN-ə insidentlə bağlı NATO-nu məlumatlandırmaq tapşırığı verib.

 

Rusiya isə Su-24 bombardmançısının Türkiyə sərhədini pozmadığını, Suriya səmasında vurulduğunu və bunu sübut edəcəklərini açıqlayıb. Rusiya Prezidenti Putin olayla bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın