Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / “Öləsiniz sizi, mən gəlirəm” – Hafiz Hacıyev – VİDEO

“Öləsiniz sizi, mən gəlirəm” – Hafiz Hacıyev – VİDEO

Prezidentliyə namizədlərin dəyirmi masadakı çıxışı zamanı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Əli Kərimli və Cəmil Həsənlini hədəf alıb.Azinforum.az xəbər verir  ki, Hafiz Hacıyev bildirib ki, demokratiyanı bəziləri anarxiya kimi qəbul edirlər:

“Bizə demokratiya dərsi deyən insanlar elə fon yaradırlar ki, namizədlər arasında guya müxalifətçi yoxdur. Müxalifətdən seçkilərdə mən iştirak edirəm və hökümətin bəzi üzvlərinə qarşı fikirlər səsləndirirəm. Bu gün meydanda böyüyüb, meydanda öləcək adamlar bizə dərs keçmək istəyirlər. Özünü idarə edə bilməyən cəbhəçilərin keçmiş bir sədri var idi, bizə deyir ki, orada yararsız adamlar oturublar. Yararsız adam sənin özünsən. Ona görə ki, sənin adını çəkməyə utanıram, çünki sən azlıqların nümayəndəsisən”.

Qeyd edək ki, Hafiz Hacıyev çıxışı zamanı Cəmil Həsənlini “xoruz baba” adlandırıb.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …