Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Oğluna rüşvətlə iş axtaran polis rəisinin müavini dələduzluqla üzləşib

Oğluna rüşvətlə iş axtaran polis rəisinin müavini dələduzluqla üzləşib

Azərbaycanda polis rəisinin müavini dələduzluq hadisəsi ilə üzləşib.

“Report”un məlumatına görə, Sumqayıt Şəhər Mühafizə İdarəsinin rəis müavini Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib. Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən N.Mikayılov Y.Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra rəis müavininin 8 min manat pulu Y.Həbibov tərəfindən geri qaytarılıb.

Rəis müavininə dəyən ziyanın tam ödənilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın