Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Odessada Ermənistana qarşı etiraz aksiyası keçirildi – Fotolar

Odessada Ermənistana qarşı etiraz aksiyası keçirildi – Fotolar

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən xəbərə görə, öncə şəhərin mərkəzi hissəsindən “Xocalı soyqırımı!!!”, “Cinayətkarlar cəzalandırılsın!!!”, “Xocalıya ədalət!!!” şüarları ilə avtomobil yürüşü keçirilərək aksiya iştirakçıları ErmənistanınOdessadakı Baş Konsulluğu qarşısında toplaşıblar.

Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları KonqresininOdessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəkləri vurğulayıblar. Aksiyada “Rədd ol Qarabağdan!”, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqırımına görə cavab verəcəksiniz!” kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …