Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “O, heç vaxt xəyanət etmədi“ – Araz Əlizadə xanım spikerdən danışdı

“O, heç vaxt xəyanət etmədi“ – Araz Əlizadə xanım spikerdən danışdı

“Hərc-mərcliyə baxmayaraq, Elmira Qafarova təcrübəsi sayəsində Ali Soveti normal idarə edirdi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Sahibə Qafarovanın Milli Məclisin sədri seçilməsindən sonra adı xatırlanan keçmiş Ali Sovetin eks-spikeri Elmira Qafarovanın fəaliyyətini dəyərləndirən sabiq deputat Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə görə, ölkənin mürəkkəb vəziyyətində Ali Sovetin sədri işləmiş Elmira Qafarova parlamenti normal idarə edib: “O vaxt hərc-mərclik dövrü olduğundan, parlamenti idarə etmək də çox çətin idi. Buna baxmayaraq, Elmira Qafarova təcrübəsi sayəsində Ali Soveti normal idarə edirdi.

Eyni zamanda, Elmira Qafarova Ayaz Mütəllibovun komandasında yeganə kişi adam idi. O, heç vaxt xəyanət etmədi.

İndi Milli Məclis normal parlamentdir. Xanım spiker öz işinin öhdəsindən məharətlə gələ bilər”. /Yenicag.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …