Ana səhifə / Siyasət / Nuşirəvan Məhərrəmlidən ANS- – Açıqlaması

Nuşirəvan Məhərrəmlidən ANS- – Açıqlaması

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, N.Məhərrəmlinin sözlərinə görə, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.

N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.

ANS TV-nin tezliyinin “Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: “Hazırda “Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən “Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin “Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.

N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.

Əlaqə üçün E-mail: [email protected]

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın