Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi

Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, təbrikdə N.Nazarbayev Azərbaycan xalqının prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyini bildirib.
O, həmçinin İlham Əliyevin dostluq və etimad əsasında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.
Sonda Qazaxıstanın dövlət başçısı qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …