Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / NURAY KİMDƏ QALMALIDIR?

NURAY KİMDƏ QALMALIDIR?

Nuray məsələsində indiyədək nə olub və nə baş verib, gərək olmayaydı.. Burada uşağın atasından tutmuş aidiyyətli dövlət orqanlarına kimi hamının səhvi var. Çox yaxşı ki, bu iş ictimailəşib üzə düşdü. Belə halda təbii ki, bu səhvlər düzəldilib, uşağın taleyi ən düzgün və uygun formada həll olunar.
Bizdəki qanunvericilik (Rusiyada da belədir), 14 yaşına çatmamış uşağın kimin yanında qalma seçimini həlledici götürmür. Amma çox mürəkkəb və mübahisəli vəziyyətdə, uşağın kimin yanında qalması məsləsinə qəti qərar vermək çətinliyi vəziyyətində 10 yaşına çatmış uşağın istəyi əsas götürülə bilir. Və həyatda çox olur ki, qeyri-valideyin yaranmış ağır ehtiyaclı şəraitdə uşağa qayğısı, zəhməti və qazandığı da sevgi ilə valideyinliyi haqq edir və məhkəmələr də, bu haqqı hüquq kimi tanıyır.
Çox yəqin ki, yuxarı məhkəmə instansiyası bu işi ciddi və ədalətlə araşdırıb qərar verəcək.

Nuray üzərində xalasının həm faktiki, həm rəsmi qəyyumluq halal haqqı bərpa olunar. Anası saydığı və anası qədər də, qaygı gördüyü xalasında saxlanılar. Amma, uşağın bioloji atasının onunla hər təqvim üzrə görüşü təmin edilməlidir. Atanın da öz haqqı və hüququ var. Və qarşıdakı bu 4 il dövlət, ictimai qurumların köməyi ilə rahat keçsə, uşaq 14 yaşında artıq ataya da, ana əvəzi xalaya da sevgi payını bölmək üçün yetkin olacaq.
Mən bu məsələnin uşağa psixoloji zərbələr vurmadan, stresslərlə gələcəyini zədələmədən həllini bunda görürəm. Hər iki tərəf, uşağın xatirinə öz hikkə və ambisiyasından bir addım geri çəkilməlidir. Nuraya isə, böyük təşəkkür düşür, bununla imkan yaratdı ki, Azərbaycan cəmiyyəti, xalqı ayaqda və öz yerində olduğunu göstərsin.

İlqar ALTAY

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın