Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nüfuzlu Rusiya politoloqu: “Bu müharibəni erməni tərəfi başladı…

Nüfuzlu Rusiya politoloqu: “Bu müharibəni erməni tərəfi başladı…

Ermənistan və onun xaricdəki himayəçiləri Qarabağ münaqişəsi zonasına başlayan irimiqyaslı hərbi əməliyyatlara görə Azərbaycanı günahlandırır. Belə fikirlər Rusiya mediasında və KİV-lərində də geniş yayılıb. Lakin bu məsələdə fərqli fikirdə olanlar da var.

Virtualaz.org xəbər verir ki, “Azadlıq” radiosunun rus xidmətinə müsahibəsində nüfuzlu politoloq, Rusiya Elmlər Akademiyasının beynəlxalq münasibətlər İnstitutunun sektor müdiri, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis Yuri Fyodorov hərbi əməliyyatları ermənilərin başlatdığını deyib.

“Belə görünür ki, hərbi əməliyyatlar bu dəfə ermənilər tərəfindən başladılıb və onların bu hərəkətinin  arxasında Rusiya dayana bilər. Prezident Vladimir Putin Su-24 təyyarəsinin vurulmasından sonra xəbərdarlıq etmişdi ki, Türkiyə bundan yaxasını pomidorlarla qurtara bilməyəcək. Bu xəbərdalıqdan sonra Türkiyədə PKK yaraqlılarının fəallığı artdı. Habelə son aylarda Ermənistandakı Erebuni aviabazasına Rusiyadan Mi-8, Mi-24 zərbə vertolyotları göndərildi. Bu da 102-ci bazanın döyüş potensialını gücləndirdi. Ola bilsin ki, ilkin ssenari belə olub: erməni qoşunları Rusiyanın dəstəyi ilə Azərbaycan ordusuna zərbə vurur. Bu halda Ankara müttəfiq kimi ya sifətini itirir, ya münaqişəyə qarışmağa məcbur olur, nəticədə ola bilsin rus qoşunları ilə qarşılaşmalı olur”-Yuri Fyodorov bildirib.

Ekspertin fikrincə bu ssenari Putinə imkan verərdi ki, türk qoşunlarına zərbə endirmək üçün “qanuni əsaslar” əldə etsin. NATO isə belə vəziyyətdə siyasi dalana düşəcək, çünki Moskva ilə münaqişənin formal təşəbbüskarı Ankara olacaq.

Bəs Azərbaycan və Ermənistan böyük müharibəyə cəlb olunsa, bu zaman Azərbaycan qoşunları erməni qoşunları üzərində qələbə qazansa, hətta Qarabağı bütünlüklə geri alsa necə olacaq?

Yuri Fyodorovun fikrincə bu ssenari də Moskvaya münaqişəyə Ermənistanın tərəfində qarışmaq üçün “qanuni əsas” verəcək. Ola bilsin ki, Rusiya Azərbaycanı şimaldan, Dağıstan istiqamətindən müdaxilə ilə təhdid edəcək. Sonra isə hadisələr birinci ssenari üzrə davam edəcək.

Ekspert hesab edir ki, hazırda ən ağlabatan ssenari bu toqquşmaların tərəflərdən birinin digəri üzərində aşkar üstünlük əldə etmədən dayandırılmasıdır. Fyodorovun fikrincə Qərb münaqişə tərəflərini müharibəni dayandırmağa çağıracaq və bu məsələdə Rusiyadan kömək istəyəcək. Və yenə də Moskva uduşlu vəziyyətdə olacaq. “Başqa sözlə, Qarabağda vəziyyətin indiki kəskinləşməsi Kremlin situasiyaya ciddi təsir göstərə biləcəyi yerlərdə silahlı münaqişələrin qızışdırılmasında maraqlı olduğunu göstərir”-Yuri Fyodorov bildirib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın