Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Noyabrın 10-da Araik Aurtyunyan vertolyotla Bakıya aparılacaqdı…”

“Noyabrın 10-da Araik Aurtyunyan vertolyotla Bakıya aparılacaqdı…”

Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.

Bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

“Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı. Onlar isə (ruslar) istənilən halda Dağlıq Qarabağda olmalı idilər, çünki bu Rusiya Federasiyasının çoxdankı istəyi idi. Bu, o halda baş verə bilərdi ki, əgər müharibə noyabrın 9-da dayandırılsın və məhz həmin gün Rusiya onu dayandırdı. Ona görə də daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil.  Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, rusiyalılar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”,-Kazaryan bildirib. Virtualaz.org

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …