Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin ixtiyarına verildi – Nəsimidə
????????????????????????????????????

Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin ixtiyarına verildi – Nəsimidə

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospektləri arasındakı məhəllələrarası ərazidə baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə abadlıq işləri aparılaraq istirahət parkının yenidənqurulması işlərinə başlanıb.

Azinforum.az daxil olan məlumata görə, parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tam şəraitli guşələrin yaradılması, avadanlıq və qurğuların quraşdırılması, əvvəllər özbaşına primitiv quraşdırılmış yaşlı sakinlərin nərd, domino oynadıqları kiçik ölçülü yöndəmsiz dəmir konstruksiyalı yerin əvəzinə geniş sahənin, ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsinin yaradılması nəzərdə tutulub. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılacaqdır. Məqsəd rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir.

Abadlıq quruculuq işləri çərçivəsində Mir Cəlal küçəsində, Asif Məhərrəmov küçəsində parklar yenidən qurulmuş, geniş abadlıq işləri aparılmış, çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınıb.

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılıb.

Novruz bayramı ərəfəsində 3- cü mikrorayon Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə 150 ağac əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb.

Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısındakı ərazinin sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
Hal-hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin ixtiyarına verildi - Nəsimidə
Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin ixtiyarına verildi - Nəsimidə
Novruz bayramı ərəfəsində növbəti “Abad həyət” sakinlərin ixtiyarına verildi - Nəsimidə

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın