Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Növbəti il parlament seçkilərinə qatılmaq…”

“Növbəti il parlament seçkilərinə qatılmaq…”

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

Rza İbadov özü bu barədə “Modern.az”ın əməkdaşı ilə danışarkən bildirib: “Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

Həmçinin eks-deputat  2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: “2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …