Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Növbə rayonlara çatdı: hansı başçılar gedəcək? – Millət vəkili

Növbə rayonlara çatdı: hansı başçılar gedəcək? – Millət vəkili

İdarəçilik strukturunda rayon, şəhər icra hakimiyyəti başçıları mühüm yer tutur.

Azinforum.az  xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı struktur və kadr islahatları ilə bağlı danışarkən deyib. O bildirib ki, ayrı-ayrı nazirliklərin, komitələrin rəhbərlərinə nisbətən icra başçıları əhali ilə daha sıx təmasda olurlar:

“Onların arasında öz işini yüksək səviyyədə quran, ölkə prezidentinin siyasətini istisnasız olaraq həyata keçirən, xalqına xidmət etməyi özünə şərəf bilən icra başçıları kifayət qədərdir. Bunlar idarəçilik sistemində nəinki xalqla dövlət, hakimiyyət arasında problemlər yaratmırlar, həmçinin, münasibətlərin ən yüksək səviyyədə qurulmasına şərait yaradırlar. Təbii, elə icra başçıları da var ki, bu keyfiyyətlərdən məhrumdurlar. Əminəm ki, cənab prezidentin bu barədə yetərincə məlumatı var və icra başçılarının arasında da yenilənmələr olacaq”.

Deputatın fikrincə, yenilənmə zamanı təyinatların sırf gənclər arasından olması mütləq şərt deyil:

“Şübhə etmirəm ki, idarəetmə sahəsində yetərincə təcrübəsi olan gənclərə üstünlük veriləcək. Çünki, bayaq da qeyd etdik ki, icra hakimiyyətləri yerlərdə əhali ilə ən çox işləyən dövlət qurumlarıdır. Onların rəhbəri olan şəxslərin insanlarla işləmək bacarığı, idarəçilik təcrübəsi, siyasi proseslərdən baş çıxarmaq qabiliyyəti olmalıdır. Cənab prezidentin təyinatlarında həmişə bu keyfiyyətləri özündə əks etdirən kadrlara üstünlük verilir. Əminəm ki, icra başçıları arasında yenilənmə zamanı da bu prinsiplərə əməl olunacaq”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …