Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Nökər olmağa çalışan hayların özlərini Qafqazın ən xoşbəxt sakinləri saymaları həqiqətən də nonsensdir”

“Nökər olmağa çalışan hayların özlərini Qafqazın ən xoşbəxt sakinləri saymaları həqiqətən də nonsensdir”

“World Happiness Report -2022”-nin elan etdiyi “xoşbəxtlik indeksində” Azərbaycan 92-ci yerdədir.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu barədə sosial şəbəkə hesabında bildirib.

Səfir Ermənistanın dünyanın “xoşbəxt ölkələri” arasında 79-cu yerdə qeyd edildiyini deyib.

“Gürcüstan 104-cü, Ermənistan 79-cudur. Gürcüləri başa düşmək olar. Ciddi, məsuliyyətli xalqdır. Daim “genosid təhlükəsi” altında, “blokada şəraitində”, “aclıq və ehtiyac içində”, məğlub durumda yaşayan, eyni zamanda bir neçə ağanın nökəri olmağa çalışan hayların özlərini Qafqazın ən xoşbəxt sakinləri saymaları isə həqiqətən də nonsensdir. Həmişə bu gündə! Amma bir məsələ var ki, ya tamam abır-həya hissini itiriblər, ya da “xoşbəxtlik yarışmasını” əyri yolla qazanıblar”, – deyə diplomat vurğulayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …