Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Niyə məni həbs etsinlər?”

“Niyə məni həbs etsinlər?”

Dünən bir sıra KİV-lərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılması barədə xəbər yayılmışdı. Lakin Əli Həsənovun oğlu Şamxal Həsənli bu məlumatı təkzib edərək atasının Avstriyaya müalicəyə getdiyini söylədi.

“Atam bir neçə dəfə ürəyindən əməliyyat olunub. Buna görə də ildə bir neçə dəfə müayinə üçün Avstriyaya gedir. Dekabrın 25-də atam müayinə üçün yenidən ora uçdu. Səhhəti ilə bağlı şər şey yaxşıdır. Dekabrın 29-da Bakıya qayıdacaq”, – deyə Ş.Həsənli açıqlama verdi.

Virtualaz.org bildirir ki, çox keçmədən Əli Həsənovun özü də şayiələrə reaksiya verdi.

“Niyə məni həbs etsinlər? Nə üçün? Buna inanırsınız? Mən 25 il ölkədə aparıcı insan olmuşam, siyasi münasibətlərin içərisində olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və müayinədən keçirəm”, – deyə Əli Həsənov vurğulayıb və əlavə edib ki, Yeni il öncəsi Bakıya qayıdacaq.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …