Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nikoldan növbəti Qarabağ açıqlaması: Güzəşt…

Nikoldan növbəti Qarabağ açıqlaması: Güzəşt…

Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır.

Report xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin guya İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, həmçinin ölkəsinin problemin həlli istiqamətində “konstruktiv” danışıqları davam etdirəcəyini deyib:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək”.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …