Ana səhifə / Siyasət / Nazirliyin aparat rəhbəri tutuldu, kabineti möhürləndi

Nazirliyin aparat rəhbəri tutuldu, kabineti möhürləndi

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla bağlı həbslər davam edir.

Mia.az-a daxil olan xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, aparat rəhbərinin kabineti möhürlənib. V.Zeynalovun evində və bağında axtarış aparıldığı bildirilir.

Qeyd edək ki, V.Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəli məsələ olduğu söylənilir.

Məsələylə bağlı Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. M.Əmirov hazırda işdə olmadığını, bu barədə məlumatsız olduğunu bildirib.

V.Zeynalovun qəbul otağına etdiyimiz zənglərə isə cavab verən olmadı.

Yeri gəlmişkən, qeyd edək ki, V. Zeynalov Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur.

Onun qardaşı Vahid Zeynalov MTN-in Tədris Mərkəzinin rəisidir. Onların yaxın qohumu Ceyhun Cəfərov isə Kürdəmir rayonunun icra başçısıdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın