Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nazirlikdən 5 saylı şəhər Klinik Xəstəxanasındakı ölüm hadisəsi ilə bağlı – Açıqlama

Nazirlikdən 5 saylı şəhər Klinik Xəstəxanasındakı ölüm hadisəsi ilə bağlı – Açıqlama

Səhiyyə Nazirliyi 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat zamanı baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yanvarın 12-də 31 yaşlı Vüsalə Məmmədova 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat vaxtı dünyasını dəyişib. Onun sözlərinə görə, ölümə ilkin səbəb olaraq tromboemboliya göstərilir:
“Hazırda ölümün səbəbləri araşdırılır. Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır və xəstənin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspert müayinəsindən keçirilir. Ölümün səbəbləri ekspert rəyindən və prokurorluğun araşdırmasından sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın