Ana səhifə / Siyasət / Nazirlik saxta ulduzlu mehmanxanalara xəbərdarlıq etdi

Nazirlik saxta ulduzlu mehmanxanalara xəbərdarlıq etdi

Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalara xəbərdarlıq edib.

Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, reklam roliklərində, veb səhifələrində və mehmanxanaların üzərində qeyri-qanuni ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər.

Bildirilir ki, mehmanxanalara ulduz dərəcə sertifikatı AZS 745-2015 Dövlət Standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 il müddətinə verilir və bu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir.

Hal-hazırda ölkəmizdə tətbiq olunan “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” AZS 745-2015 Dövlət Standartı Avropanın bir çox ölkələrində tətbiq olunan “Hotelstars Union Criteria 2015-2020” təsnifatına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə hazırlanmış və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının “14” dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilib.

Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən mehmanxana rəhbərlərindən qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara dolğun və düzgün məlumat verməyi, qeyri-qanuni ulduz dərəcəsi göstərməməyi tələb edir.

Qeyd olunur ki, hal-hazırda respublika ərazisində 106 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçirilərək ulduz dərəcə sertifikatı verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi ulduz dərəcə sertifikatı verilmiş mehmanxanaların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

http://mct.gov.az/upload/1467627227ulduz_alan_mehmanxanalar.pdf

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın