Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazirlik sahibkarın əmlakını siyahıya aldı- 4 milyonluq borc

Nazirlik sahibkarın əmlakını siyahıya aldı- 4 milyonluq borc

Bakıda borclu vergi ödəyicisinin əmlakı siyahıya alınıb.

Qafqazinfo”nun Vergilər Nazirliyinə istinadən məlumatına görə, Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Dərnəgül şosesi 1222, ev 12 ünvanda yerləşən Ağayev Ağa Əliəşrəf oğluna məxsus topdansatış obyektində əmlakın siyahıya alınması tədbiri keçirilib.

Vergi orqanları tərəfindən ötən ilin oktyabr ayında ödəyicinin fəaliyyəti araşdırılarkən onun 3 milyon 871 min 101.14 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin may ayının 4-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən topdansatış obyektində olan 233 min 680 manat məbləğində müxtəlif növ divar kağızları müvafiq qaydada siyahıya alınıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın