Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Nazirlik daha iki jurnalisti vəzifəyə təyin etdi

Nazirlik daha iki jurnalisti vəzifəyə təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha iki jurnalistə vəzifə verilib.

Azinforum.az xəbər verir ki, “Report” İnformasiya Agentliyinin əməkdaşı Aynur Osmanqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi təyin olunub. Digər həmkarımız, CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri Gülnar Əzizova isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə layiq görülüb.

Bu barədə məlumatı Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı yayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …