Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Nazirlər təqdimatda – Fotolar

Nazirlər təqdimatda – Fotolar

“Bugünkü görüş böyük bir tapşırığın həyata keçirilməsinin başlanğıcıdır”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilmiş paneldə deyib.

Bildirib ki, kreativ sənayeyə təkan vermək bu tədbirin əsas məqsədidir:

“Bakı dizayn şəhəri adlandırılıb ki, bu ada layiq olduğumuz sübut olunmalıdır. Bu işdə hər kəs fəal iştirak etməlidir. Bu gündən etibarən işlərə start veriləcək. 

Tarix boyu Azərbaycan xalqı çox yaradıcı olub. Elə Qobustan da bunun əsas sübutudur. Qısa müddət ərzində  YUNESKO-nun mədəni irs siyahısına 13 ad daxil olub. Dövlət şərait yaratmalıdır ki, insanlar yaradıcı sahəyə doğru getsin. Gəlir isə artıq iqtisadi məsələdir”.

Təhsil naziri Ceyhun Bayramov çıxışında bildirib ki, gələcəkdə trendə uyğun peşə ixtisası üzrə tədrisin aparılması nəzərdə tutulub:

“Biz yaradıcı sənayedən danışırıqsa, bunun arxasında kreativ düşüncə durmalıdır. Ayrı-ayrı fənlər yox, bütün təlim tərbiyə prosesinin əsasında yaradıcı baza durur. Aşağı yaş qrupunda olan uşaqlar barədə danışırıqsa bu zaman kreativ tənqidi yanaşma vacibdir. 42 məktəbimizdə bu gün yeni layihə tətbiq olunur. Müəllimlərimiz hazırda İsraildə təlimdədirlər və gələn ildən biz məktəblərin sayını artırmaq istəyirik. Layihənin tərkib hissəsi olaraq məktəblərə 3D printerlər paylanılıb. Müasir dünyada peşə və ixtisaslar çox tez dəyişir. Növbəti tədris ilində universitetlərə qəbul yeni təsnifatla aparılacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: “Burada imkanlar çox genişdir və birmənalı olaraq dəstəklənməsi gərəklidir. Statistikaya əsasən ölkədə işsizlik 4,9 faizdir. Bu gün əmək bazarında ciddi artım müşahidə olunur. Bu gün ölkədə yaradıcı sahənin böyük əksəriyyəti fərdi qaydada fəaliyyət göstərir. Yaradıcı sənaye əlilliyi olan şəxslər üçün çox geniş potensial daşıyır. Biz də məşğulluq zamanı bu sahəyə köklənmişik və 1500-dən çox inkluziv fərdi sahibkar yaratmağı düşünürük”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …