Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazirin adından pul yığan kimdir? – İTTİHAM VAR

Nazirin adından pul yığan kimdir? – İTTİHAM VAR

Rayonlarda imkansız ailələrin əsas ümid yerlərindən biri olan ünvanlı sosial yardım hələ ki, real sahibinə çatmayıb. Belə davam edərsə, 100 il sonra da çatacağına kimsə ümid eləmir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları daha çox yoxsulların taleyi ilə oynayırlar. Eyniylə Yardımlı rayonunda olduğu kimi.

Azerinew.tv- yə müraciət edən rayon sakinləri bildirirlər ki, Yardımlı Sosial Müdafiə Mərkəzinin direktoru Adil Mahmudov ünvanlı sosial yardım bazarı açıb. Belə ki, hazırda rayonda ünvanlı sosial yardım almaq üçün direktora 1000 manat verilməlidir. Bir az imkanlı adama daha böyük məbləğ yazılması üçün isə 3000 manata qədər rüşvəti qaldırmaq lazım gəldiyi deyilir. Məlumatda deyilir ki, əgər əvvəllər 50/50-yə, yəni “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyirdilərsə, Adil Mahmudov direktor təyin ediləndən sonra məsələ nağdlaşdırlıb. Azerinew.tv-yə daxil olan məlumata görə, mərkəz direktorunun bütün qohumları hamısı ünvanlı sosial yardımla təmin olunub. “Siyahıya baxsanız, onların adlarını görə bilərsiniz. Üstəlik, rayonda ünvanlı sosial yardım alanların 80 faizə qədəri saxta sənədlə bu imkana sahib olublar. Onların arasında bahalı maşını, 3 mərtəbəli evi, onlarla mal-qarası olanlar belə var”.

Məlumatda oda qeyd edilir ki, Adil Mahmudovun belə əl-ayaq açması iki səbəblə bağlıdır. Yardımlı SMM-in direktoru nazir Səlim Müslümovla tələbə yoldaşıdır. Onun sayəsində kimsə ona söz deyə bilmir. Bu səbəbdən də mərkəz rəhbəri hamıya deyir “mən yuxarıya hesab verirəm, heç kimə borcum yoxdu”

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın