Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / NAZİR ÖZ MÜAVİNİ İLƏ QUDA OLUR! – Vergidə “böyük toy”a hazırlıq var!

NAZİR ÖZ MÜAVİNİ İLƏ QUDA OLUR! – Vergidə “böyük toy”a hazırlıq var!

Son illər Azərbaycanda yüksək vəzifəli şəxslər arasında qohumluq əlaqələrinin artması müşahidə olunur. Nazirlər, məmurlar bir-birindən qız alıb-verməklə, həm aralarındakı münasibətləri möhkəmləndirir, həm də bir növ təsir dairələrini, çevrələrini genişləndirirlər. Ona görə də, hökumətdə yüksək vəzifə tutan qudaların sayı kifayət qədərdir.

“AzPolitika.info”ya verilən məlumata görə, bu yaxınlarda yüksək vəzifə tutan qudaların siyahısına daha bir cütlük əlavə olunacaq. Belə ki, vergilər naziri Fazil Məmmədov öz müavini Namiq Əliyevlə quda olmağa hazırlaşır.

Məlumata görə, bir qədər əvvəl Fazil Məmmədovun qızı ilə Namiq Əliyevin oğlu nişanlanıb. Cütlüyün toylarının yay aylarında olacağı gözlənilir.

Namiq Əliyevin oğlunun əsasən Londonda yaşadığı və orada bizneslə məşğul olduğu bildirilir.

Fazil Məmmədovun qızının isə nazirin ailə holdinqi kimi tanınan “Synergy Group” Şirkətlər Qrupuna rəhbərlik etdiyi qeyd edilir. Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group”un rəsmi veb səhifəsində Şirkətlər Qrupunun icraçı direktoru haqda məlumat verilsə də, baş direktoru və rəhbərlikdəki digər şəxslərlə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, məlumatlı dairələr Fazil Məmmədovun öz müavini Namiq Əliyevlə qohumluğunun onların hər ikisinin daha da güclənməsinə səbəb olacağı qənaətindədir. Əlbəttə, nazirlə, həm də Fazil Məmmədov kimi son illər güclənmiş bir nazirlə qohumluğun xüsusən Namiq Əliyevun mövqeyini möhkəmləndirəcəyi şübhəsizdir.
Ancaq nazirin də bu qohumluqdan güc qazanacağını deyənlər yanılmırlar. Məsələ ondadır ki, vergilər nazirinin müavini Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır.

Bu baxımdan yeni qohumluğun Fazil Məmmədovun hakimiyyətdə son illər güclənmiş mövqelərini bir qədər də möhkəmləndirəcəyi gözlənilir.

Nə deyirik, Allah xoşbəxt eləsin!

 

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın