Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Nazir onu təqaüdə göndərdi

Nazir onu təqaüdə göndərdi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib.

Azinforum.az  APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ə. Məcidov əvvəllər BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …