Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazir Ledi Qaqaya verilən puldan danışdı

Nazir Ledi Qaqaya verilən puldan danışdı

Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.

Nazir azvision.az-a verdiyi açıqlamada bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir: “Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazir təkcə onu bildirib ki, deyildiyi kimi, Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib.

“Qonorarın məbləği o qədər olmayıb” – deyə Azad Rəhimov bildirib.

Qeyd edək ki, “Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib.

Xatırladaq ki, iyunun 12-də Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edib. O, xüsusi olaraq hazırlanan və güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (“Xəyal et”) mahnısını səsləndirib. Mahnının sözləri Con Lennona məxsusdur.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın