Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Nazir kollec direktorunu işdən qovdu

Nazir kollec direktorunu işdən qovdu

Bakı Qida Sənayesi Kollecinin direktoru Mikayıl Məhərrəmov tutduğu vəzifədən azad edilib
Təhsil naziri Mikayıl Cabbarov Bakı Qida Sənayesi Kollecinin direktoru Mikayıl Məhərrəmovu tutduğu vəzifədən azad edib. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Mikayıl Məhərrəmov işində yol verdiyi ciddi nöqsanlara görə nazirin qəzəbinə tuş gəlib. Məlumata görə, Mikayıl Cabbarov kollecdə baş verən qanunsuzluqlarla bağlı nazirliyə daxil olan şikayətləri araşdırıb və direktorun özbaşına əməlləri ifşa edilib. Mikayıl Məhərrəmovun yerinə kimin təyin olunması barədə isə heç bir xəbər yoxdur.

«Gündəlik Bakı»

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın