Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Nazir Cocuq Mərcanlıda qəbul keçirəcək

Nazir Cocuq Mərcanlıda qəbul keçirəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 23-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …