Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Nazarbayevdən xüsusi gediş: Bakı və Astanadan keçməklə…

Nazarbayevdən xüsusi gediş: Bakı və Astanadan keçməklə…

Qazaxıstan Senatı ABŞ hərbçilərinin Xəzər dənizindəki Kurık və Aktau limanlarından Əfqanıstana tranzit kimi istifadə etməsi haqqında razılaşmanı təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Senatının Beynəlxalq Əlaqələr Komitəsi yayıb.

“Pakistanla hərbi-siyasi qeyri-stabillik və fikir ayrılığı ucbatından ABŞ alternativ marşrut xətti hazırlayır. Bu marşrut xətti Azərbaycan ərazisindən Qazaxıstana və daha sonra dəmiryol xətti ilə Özbəkistana və Əfqanıstana qədər uzanır”, – deyə komitənin məlumatında bildirilib.

Qeyd edək ki, tərəflər arasında razılaşma 2017-ci ilin 21 sentyabrında Nyu Yorkda imzalanıb. Bu istiqamətdə danışıqlar isə 2013-cü ildən aparılırdı.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …